Qəzetə “PRESS” jiletli qoyunlar göndərdilər – FOTO + VİDEO

Ötən gün gündüz saatlarında “Novaya qazeta”nın Moskvanın Potapovsk küçəsində yerləşən redaksiyasına naməlum şəxslər “PRESS” sözü yazılmış jiletlər geydirilmiş və qəfəsə salınmış diri qoyunlar göndərib. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, redaksiya polisə müraciət edib və qoyunların sahiblərinə qaytarılması üçün kömək istəyib. Redaksiyadan deyiblər ki, qoyunların üzərində təhdid sözləri yazılmış heç bir məktub, kağız olmayıb. “Biz bunu təhdid kimi qiymətləndirmirik, hesab edirik ki, bu heç də gülməli olmayan trollinqin davamıdır”-qəzetin mətbuat katibi Nadejda Prisenkova deyib.
.
O, xatırladıb ki, bir neçə gün əvvəl redaksiyaya kəsilmiş qoyun başı qoyulmuş səbət və matəm çələngi göndərmişdilər. İndi isə baş verənlərdən 9 gün keçəndən sonra 9 diri qoyun göndərilib.
Qoyunların redaksiyanın qarşısında yükdaşıma firmalarından birinin maşını ilə gətirildiyi bildirilir. Maşın yükü boşaldandan sonra sürətlə uzaqlaşıb. Redaksiyanın əməkdaşları qoyunları bacardıqları kimi yemləməyə, onlara kələm, çörək, su verməyə başlayıblar. Jurnalistlər xahiş edirlər ki, heyvanları aparıb sığınacağa yerləşdirsinlər.

Qeyd edək ki, oktyabrın 17-də “Novaya qazeta”nın redaksiyasına jurnalist Denis Korotkovun ünvanına “Vətən xaini” sözləri yazılmış məktub, ertəsi gün isə kəsilmiş qoyun başı və çələng göndəriblər. Habelə jurnalistin Sankt-Peterburqdakı mənzilinə cüt sayda güllər və “Biz səni unutmayacağıq” sözləri yazılmış güllər göndərilib. Bu “hədiyyə”ni internet üzərindən sifariş veriblər.

Jurnalist Denis Korotkov “Vaqnerin ordusu” kimi tanınan özəl hərbi şirkət və bu şirkəti dəstəkləyən, muzdluları Suriyaya, Afrikaya, digər “qaynar nöqtələrə” göndərən oliqarx Yevgeni Priqojin barədə araşdırmalar aparır. Bu araşdırmalara görə Korotkov dəfələrlə Priqojinin “trollar ordusu” tərəfindən hədəfə alınıb, onu fiziki divan tutmaqla hədələyiblər.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












