“QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı” ELAN OLUNUB

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı”nı elan edib.
Avtosfer.az xəbər verir ki, proqram üzrə təlimlər oktyabrın 18-19-da Şuşa şəhərində keçiləcək, oktyabrın 20-də isə Xankəndi şəhərinə səfər təşkil olunacaq. Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Seçimdə üstünlük verilir:
- ilk dəfə iştirak edənlərə;
- QHT-də layihə yazılması üzrə məsul şəxslərə;
- QHT fəaliyyəti ilə yeni məşğul olanlara;
- Regionlarda fəaliyyət göstərən QHT-lərə;
- Xarici dil bilgisi olan şəxslərə (ingilis dili).
Təlimdə iştirak üçün mərhələlər:
1. Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu sentyabrın 30-u saat 23:59-a kimi cavablandırılaraq Agentliyə göndərilir;
2. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil edilir və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçilir;
3. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunur.
Təlimdə iştirak üçün onlayn sorğu: https://forms.gle/nohQrRzpDjC7VJsX8
Qeyd:
- Daha əvvəl QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər,
- Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












