Qış təkərləri məcburi olacaq? : "Bu məsələyə ciddi yanaşmaq lazımdır"

Aparılan araşdırmalar göstərir ki, buz bağlayan və ya qarla örtülən yollarda baş verən yol-nəqliyyat hadisələrinin iştirakçısı olan avtomobillərin əksəriyyətində mövsümə uyğun olmayan şinlərdən istifadə olunur. Soyuq havalarda qış təkərlərindən istifadə olunmaması nəqliyyat vasitələrinin daha çox qəza törətməsinə şərait yaradır. Beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, Avropa ölkələrinin əksəriyyətində, eləcə də Rusiya, Türkiyə və Skandinaviya dövlətlərində qış aylarında qış təkərlərindən istifadə qanunla məcburidir və bu tələbin pozulması ciddi cərimələrlə nəticələnir. Statistik məlumatlara görə, qış təkərlərinin məcburi tətbiq olunduğu ölkələrdə qarlı havalarda baş verən qəzaların sayı əhəmiyyətli dərəcədə azalıb.
Azərbaycanda isə hazırda qış mövsümündə xüsusi şinlərdən istifadəyə dair konkret məcburi tələb mövcud deyil. Bu isə hər il qarlı havalarda yolların bağlanmasına, onlarla avtomobilin yolda qalmasına və yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Belə olan halda sual yaranır: ölkəmizdə də qış fəslində qış təkərlərindən istifadənin məcburi edilməsi zəruridirmi?

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, Azərbaycanda belə bir tələb yoxdur.
Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsində sürücülərin təkər protektorlarını hansı formada saxlanılması tələb edilir:
“Bu formada saxlamadıqlarına görə, İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə sadəcə 50 manat cərimə nəzərdə tutulur. Mənim fikrimcə, qış təkəri mövzusuna daha ciddi yanaşmaq lazımdır. Bütün yol polis əməkdaşlarının maşınında təkər protektorlarının ölçülməsi üçün cihazlar var. Bundan geniş istifadə olunmalıdır. İnsanlar da başa düşməlidir ki, təkər oyuncaq məsələsi deyil. İnsan özünə bahalı ayaqqabı alır, amma maşına gələndə düşünür ki, yay təkəri ilə sürə bilərəm. İnsan qışda yay ayaqqabısı ilə gəzə bilər? Yox. Şəhərdə bir az yağış yağan kimi əyləc məsafəsi uzanır, qarlı yerlərdə qəzalar baş verir. Qanunvericilikdə bu məsələyə daha ciddi yanaşmaq lazımdır ki, insanlar məsuliyyətlərini dərk etsinlər"./sfera.az
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO










