Qız göbəyini kəsib, sevdiyi oğlana göndərdi - FOTO

"Zamanı geri qaytarmaq imkanım olsaydı, bir daha bu səhvlərimi təkrarlamazdım". Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Meksikanın Jalisko ştatında yaşayan 23 yaşlı Paulina Casillas Landeros göbək dəliyini kəsib, keçmiş sevgilisinə hədiyyə kimi göndərib. "Keçmiş sevgilimi həddindən artıq çox sevirdim. O, bütün məsələlərdə mənim yanımda olmuşdu. Bu səbəbdən də ona bədənimdən bir parça hədiyyə etdim. Kəsilmiş göbəyimi kiçik paketə qoyub, üzərinə "səni sevirəm" yazıb göndərdim. O, göbəyimi ömrünün sonuna qədər saxlayacaq. Hazırda yaxın dostuq. Amma, bir-birimizi həmişə sevəcəyik".

Paulina 2015-ci ildə göbək dəliyini kəsərək keçmiş sevgilisi Daniel Ramirezə göndərib. Paulina hazırda çox peşman olub. O, öz hərəkətlərini səhv olaraq dəyərləndirib.

Hazırda turizm ixtisası üzrə təhsil alan Pulina bunun səbəbini ailə sevgisi görməməklə əlaqələndirir. "Mənim hər zaman ailəmlə problemlərim olub. Həmin vaxtlarda da onlarla yaxın deyildim. Bədən dəyişiklikləri məni cəlb edirdi. Bununla onlardan üstün olacağımı düşünürdüm. Çox əsəbi idim, insanlarla bütün əlaqələrimi kəsmək istəyirdim. Xüsusi yollarla özümü insanlardan fərqləndirmək və bunun da qalmaqal yaratmasını istəyirdim. Mən əməliyyatlara girdim. Həkimlərim professionallar idi. Amma, qanıma infeksiya düşdü. Hazırda çox əziyyət çəkirəm. Müəyyən qədər sağalsam da, qarantindəki kimiyəm. Anamı çox yaxşı başa düşürəm. Artıq anlayıram ki, öz doğduğun uşağın sənlə əlaqəsini tamamilə kəsməsi nə deməkdir. Zamanı geri qaytarmaq imkanım olsaydı, bir daha bu səhvlərimi təkrarlamazdım". Qeyd edək ki, bədənində dəyişikliklər etməyi xoşlayan Paulina bir neçə dəfə əməliyyat olunub. O, onurğasının hər fəqərəsinə pirsinq taxdırıb, dilini iki yerə ayırtdırıb.

Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO
Nabran yolu nə vaxt açılacaq? - FOTO
Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ










