Qıza müdirdən intim cavab: “Hürkmə, yemərəm səni” – FOTO

Bakıda iş elan verən şəxs ona müraciət edən xanıma qarşı qeyri-etik münasibət sərgiləyib. Avtosfer.az minval.info-ya istinadən xəbər verir ki, Sevda Heydərova ad-soyadlı xanım iş tapmaq üçün elan saytlarını gözdən keçirib. O, Xudaverdi Süleymanovun elanı ilə tanış görüb və şərtlər uyğun olduğundan qeyd edilən nömrə ilə əlaqə saxlayıb. S.Heydərova ilə danışan X.Süleymanov “sizinlə sonra əlaqə saxlayacağıq” cavabı alıb. Qadın bundan sonra xatırlatmaq üçün yenidən Xudaverdi bəyə “Whatsapp” vasitəsilə mesaj yazıb. Lakin elan saytına vakansiya yeri barədə məlumat yerləşdirən şəxsin yazdığı sözlər bu dəfə işlə əlaqədar olmayıb. Belə ki, X.Süleymanov Sevda xanıma “gözəl gözləriniz var, iş olacaq, narahat olmayın”, - deyə cavab verib. Vakansiya üçün müraciət edən xanım yenidən iş məsələsini xatırlatsa da, dəyişən heç nə olmayıb. Xudaverdi bəy sonda “öpürəm” yazıb və “ürək” işarəsini göndərib bu isə qadının əsəblərini tarıma çəkib. S.Heydərova “qoca kişisən, yaşından utan!” cavabını versə də, iş elanı verən şəxs “min cavana dəyərəm” sözlərini qeyd edib. Xudaverdi Süleymanovla bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da sözügedən nömrəyə zəng çatmadı.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA


















