Qızı qətlə yetirən azərbaycanlılara hökm oxunub

Rusiyanın Krasnodar vilayətinin Novorossiysk şəhərində yetkinlik yaşına çatmayan qıza cinsi təcavüz edərək, onu qətlə yetirən iki azərbaycanlıya qarşı hökm oxunub.
Avtosfer.az “Report”a istinadən istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, müttəhimlər kürsüsündə əyləşənlərin hər ikisi azərbaycanlıdır. Bunlar 26 və 29 yaşlı Bəşirov Ponaş Şamil oğlu və Əlizadə Anar Əli oğludur. Onlar cəzalarını ciddi rejimli islah müəssisəsində çəkməklə müvafiq olaraq 9 və 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət işinin materiallarına görə, hadisə ötən ilin iyul ayında baş verib. Onlar yetkinlik yaşına çatmayan qıza maşında gəzməyi təklif ediblər. Lakin gəzinti əvəzinə onu kimsəsiz yerə aparıblar. Gənclər qıza cinsi təcavüz etdikdən sonra məsuliyyətə cəlb olunacaqlarından qorxaraq onu boğub öldürüblər. Qızın meyiti meşə zolağına atılıb. Polis araşdırmalara başladıqdan sonra ilk olaraq qızı öldürməkdə şübhəli bilinən Bəşirov saxlanılıb. Əlizadə sonradan Şimali Osetiya və İnquşetiya sərhədində hüquq-mühafizə orqanlarından qaçan zaman yaxalanıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












