Qızıl zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, qadın sərnişin keçid xəttində metal axtaran qurğudan keçərkən avadanlıq xəbəredici siqnal verib. Vətəndaş elektron və sadələşdirilmiş bəyənnamə təqdim etmədiyindən onunla şifahi sorğu-sual aparılıb. Bu zaman o, üzərində gizlədilmiş və mütləq bəyan olunmalı hər hansı bir predmetin olmadığını bildirib. Lakin aparılan şəxsi yoxlama zamanı vətəndaşın sinə nahiyəsində gizlətdiyi parça pul kisəsinin içərisindən, əvvəlcədən gömrük nəzarətinə yazılı, elektron və şifahi qaydada bəyan olunmayan, ümumi çəkisi 64 qram qızıl zərgərlik məmulatları - 1 ədəd qızıl boyunbağı, bir ədəd qolbaq, biri böyük, digəri isə orta ölçülü olmaqla 2 ədəd kulon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












