Qızla münasibətdə olan kişi evlənməklə “cəzalandırıldı”

Bakıda evlənməkdən imtina edən kişiyə qarşı “Zorlama” maddəsi ilə cinayət işi açılacaqdı. Avtosfer.az xəbər verir ki, bununla bağlı “Sputnik Azərbaycan” Bakı şəhər Yasamal rayonu polis idarəsinə istinadla məlumat yayıb. Zorlanma ilə bağlı şikayət oktyabrın 22-də Yasamal rayonu 22-ci polis bölməsinə daxil olub. Şikayətdə 19 yaşlı paytaxt sakini A.D. tanışı olan Aqşin adlı şəxs (etik səbəblərdən ad dəyişdirilib) tərəfindən zorlandığını bildirib. O bildirib ki, bu ilin sentyabrında tanışı onu “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşən bir evə aparıb və orada zorlayıb. İkinci dəfə qız oktyabrın 7-də Ağdaş rayonunda Aqşinin evində olub. Şikayətçi qeyd edib ki, indi o, hamiləliyin ikinci ayındadır. Polisdən bildirilib ki, aparılan araşdırmalar zamanı zorlanmanın olmadığı müəyyənləşib. Gənclər yaxın münasibətdə olublar. Hüquq-mühafizə orqanlarından bildirilib ki, zorlanma haqqında şikayət qızın anasına hamiləliyini başa salmaq cəhdidir. Ana qızının polisə şikayət etməsini təkid edib. Gənc oğlana qarşı zorlama ittihamı onun qızla evlənməkdən imtina etməsi nəticəsində ortaya çıxıb. Qız ümid edirdi ki, oğlan onunla evlənəcək və buna görə münasibətlərini gizli saxlayırdı. Ancaq onun hamilə olması ilə münasibətlər üzə çıxıb. Qısası, Aqşinə cinayət ittihamından qaçmaq üçün evlənmək təklif edilib. Polisdən bildirilib ki, oğlan razılaşıb. Eyni zamanda, faktla bağlı araşdırmalar davam edir. Faktla bağlı toplanmış materiallar Ağdaş rayon polis idarəsinə göndərilib.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








