Qoca Səmədovun oğlu 3 aylıq həbs edildi

Yanvarın 16-da Yevlaxda tanışını güllələyən rayonun sabiq icra başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov məhkəmə qarşısına çıxarılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zaur Səmədov barəsində Yevlax Rayon Məhkəməsinin qərarı ilə istintaq müddəti üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Onun barəsində Yevlax RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah tətbiq etməklə) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.
Qeyd edək ki, rayonun İsmayılabad kəndində baş verən hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib. Hadisənin it döyüşündən sonra başlamış mübahisə zəminində törədildiyi bildirilib.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov 2023-cü ildə vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən həmin ilin dekabrında vəfat etmişdi.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












