Qohumunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxışı iclası avqustun 7-nə təyin edilib. Qeyd edək ki, cinayət hadisəsi bu il aprelin 2-də Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Həmin ünvanda 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb. Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. O, vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırma zamanı hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğlunun olduğu müəyyən edilib. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. Onun hadisəni namus üstündə törətdiyi bildirilib. Daha sonra saxlanılan A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ittiham irəli sürülüb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












