Qohumunu yumruqla öldürən şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu döyərək öldürməkdə təqsirləndirilən Vüqar Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Hüseynov 11 il azadlıqdan məhrum edilib. İttihama görə, bu il Abşeron rayonunun Saray qəsəbəsində Vüqar Hüseynovun qızı və nəvəsi qəzada dünyasını dəyişib. Mərhumların yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirovdan yasa niyə gəlmədiyini soruşub. Bu zaman M.Şakirov V. Hüseynovun rəhmətə gedən qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən V.Hüseynov xalasının ərinin baş nahiyəsinə iki yumruq zərbəsi vurub. Muğam Şakirov aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. V.Hüseynova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












