Qonşusunu öldürməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda qonşusunu döyərək öldürməkdə təqsirləndirilən Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 7-nə təyin edilib.
Qeyd edək ki, bu il avqustun 20-də Sumqayıt şəhər ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşid Abbasov qapalı kəllə-beyini, baş-beyin silkələnməsi və burun sümüyünün sınığı ilə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla həmin gün şəhər ərazisində R.Abbasovla qonşuları, əvvəllər məhkum olunmuş Yadigar Bayramov, Araz Quliyev, Yaşar Baxışov və Elşad Mamarzayev arasında münaqişə baş verməsi, bu zaman onun həmin şəxslər tərəfindən döyülməsi müəyyən edilib.
Onlar Sumqayıt şəhər Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Bu şəxslərdən yalnız Y.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










