Qonşusunun evindən pul, qızıl oğurlayan şəxs tutlub - FOTO

Astara rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tərdbirləri nəticəsində yaşayış evindən pul, qızıl və məişət əşyaları oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Astara şəhər sakini E.Ağazadə rayon Polis şöbəsinə müraciət edərək axşam saatlarında evdə olmadığı vaxt naməlum şəxs tərəfindən onun yaşadığı mənzildən 1 ədəd qızıl üzük, 90 manat pul və məişət əşyalarının oğurlandığını bildirib. Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törədən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Astara şəhər sakini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün RPŞ əməkdaşları tərəfindən saxlanılan Elşad Seyfullayev olduğu müəyyən edilib. Oğurlanmış əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlı bağlı Astara RPŞ-nin istintaq bölməsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və araşdırma aparılır.

Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












