Qorxulu görüntülər: Bakıda güclü yanğın - VİDEO

Bu gün Bakı şəhərinin Xətai rayonunda baş vermiş güclü yanğın söndürülüb. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilinin (1-ci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, 2-ci mərtəbəsi çay evi kimi fəaliyyət göstərir) yanar konstruksiyalarının yanması barədə məlumat daxil olub. Yanğın söndürülüb və ilkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat veriləcək.
***
12:11
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
**
12:05
Bu gün saat 11:50 radələrində Bakı şəhər Xətai rayonu Nobel prospektində - Xəzər Televiziyasının binasının yaxınlığındakı tikilidə yanğın başlayıb. FHN-dən Avtosfer.az-a verilən məlumata görə,hadisə yerinə ilkin olaraq 4 yanğınsöndürmə briqadası göndərilib. Həmçinin çağırış əsasında yanğının söndürülməsi üçün digər rayonlardan kömək çağırılıb. Yanğının söndürülməsi istiqamətində iş aparılır. Əlavə məlumat veriləcək.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












