Qorxulu moped qəzaları: “Heç olmasa, 17 yaşa qaldırılsın”

Son vaxtlar ölkədə motosikletlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Xüsusilə gənclər arasında sürətlə populyarlaşan bu nəqliyyat vasitəsi rahat və çevik hərəkət imkanı yaratsa da, təhlükəsizlik baxımından ciddi risklər daşıyır. Dünən tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızının motosiklet qəzasında həlak olması bu problemin aktuallığını yenidən gündəmə gətirib.
Bəs son illərdə motosiklet qəzalarının artmasının əsas səbəbləri nədir?
Azərbaycanda moped sürmək üçün hazırda müəyyən edilmiş yaş həddi neçədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, qəzaların artması bir sıra səbəblərlə bağlıdır:
“Mopedlərin iştirakı ilə yollarda baş verən qəzalar zamanı ağır xəsarətlərin və ölümlərin baş verməsinin əsas səbəblərindən biri ondan ibarətdir ki, mopedlər avtomobildən kiçik və rahat nəqliyyat vasitəsi olsa da, sürücünü qoruyan kuzov olmadığı üçün qəza zamanı risk qat-qat yüksək olur.
Son dövrlərdə mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə “Yol hərəkəti haqqında” Qanuna artıq dəyişiklik edilib. Moped sürən şəxslərdən A1 kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
Sadəcə burada bir məsələ var ki, A1 kateqoriyalı sürücülük vəsiqəsini artıq 16 yaşı olmuş şəxslər ala bilirlər. Həmçinin onlar mopedi avtomobil yolunun sol zolağı ilə də idarə edə bilirlər”.
O qeyd edib ki, əvvəllər qaydalar bir qədər fərqli idi:
“Burada yaş həddi də fərqli idi, həmçinin mopedlər üçün yollarda müəyyən məhdudiyyətlər var idi. Mən təklif edirəm ki, belə qəzaların sayını və riskləri azaltmaq üçün moped idarə etmək üçün verilən A1 sürücülük kateqoriyasının yaş həddi yüksəldilsin.
Heç olmasa, 17 yaşa qaldırılsın. Mopedlər yalnız avtomobil yolunun sağ zolağı ilə hərəkət edə bilsinlər. Bu, həm onların, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasına xidmət edə bilər”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












