Qovlar-Tovuz mənzilində 4,5 km-lik dəmir yolu xətti təmir olunur - FOTO

Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində bu gündən Qovlar-Tovuz mənzilində 4,5 km-lik yolun və Baş Ələt stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanılıb. “Azərbaycan Dəmir Yolları" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, bir həftə davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkəti arasında “Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 507 km dəmir yolu əsaslı təmir olunub,136 yoldəyişən qurğu yenisi ilə əvəzlənib.
Fərid
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA













