Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin POLİSƏ APARILDI

Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir. Avtosfer.az xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır. Bildirilir ki, linçetmədə iştirak etmiş 50-60 nəfər kənd sakini müəyyən edilərək istintaqa cəlb edilib. Bundan başqa 2 övladını və ailəsini ataraq yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı A.Ə. də istintaqa cəlb edilib və onun ifadəsi alınıb. Hazırda qətlin təşkilatçılarının və digər iştirakçıların tam dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır. Qeyd edək ki, qətlə yetirilən 26 yaşlı E.Ə. xeyli vaxt imiş ki, Bakıda yaşayırmış. O, daha əvvəl Bakıda başqa qızla nişanlı olsa da, sonradan izdivac pozulub. Bir müddət sonra isə onun, kənddə qonşuluqda yaşayan əmisinin gəlini A.Ə. ilə münasibəti yaranıb. 25 yaşlı qadın uşaqlarını ataraq Bakıya qaçmağa razı olub. Bundan sonra qızın atası, qardaşları, eləcə də onun həyat yoldaşı və digrə qohumları Bakıda məskunlaşan cütlüyü axtarmağa başlayıb və onları yaxalayaraq maşınla qubaya gətirib. Qətl hadisəsi də kənddə küçədə təşkil edilmiş linçetmə mərasimində baş verib. /Publika.az
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










