Qubada həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qubada qətl törətməkdə təqsirləndirilən Elman Ağasiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 16-na təyin edilib. Qeyd edək ki, hadisə bu il iyun ayının 11-də Quba rayonunun Zərdabi kəndində baş verib. Kənd sakini, Dadaşov Eldəniz Arzuman oğlu ilə 1979-cu il təvəllüdlü Ağasiyev Elman Qəzənfər oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Hadisə nəticəsində E.Ağasiyev E.Dadaşovu bıçaqlayıb. O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib. E.Ağasiyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












