Qubada kafenin kababçısı müştərini bıçaqlayıb

Quba rayonunda kafelərdən birində bıçaqlanma olub. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, kafenin kababçısı Bəhram Cəfərov müştərisi, Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnin kababçı müştərini bıçaqlayıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan "Report"un yerli bürosuna verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmi-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hərkəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəmnində S.Hüseynov bıçaqlanıb. Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub. Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












