Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb

Qubada qəsdən yanğın törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, dekabr ayının 8-də gecə saatlarında Quba Rayon Polis Şöbəsinə rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları hadisə yerində olublar və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.
Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.
Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F.Ağamirzəyev, orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istədiyini əlavə edib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi












