Qüdrət Qurbanov Londonda 100-cü sessiyada iştirak edir – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən BMT–nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz (BDT) Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyasında iştirak edir.
Dekabrın 7-dək davam edəcək sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, nəzarət tələb olunmadan idarə edilən gəmilərin (MASS) istifadə edilməsi üzrə tənzimləyici araşdırma, yeni inşa edilən gəmi standartları, “Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiya (SOLAS 74) tətbiq olunmayan qütb sularında istismar edilən gəmilərin təhlükəsizlik tədbirləri, dənizin çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlər, gəmi sistem və avadanlığı, insan faktoru, təlim və növbəçəkmə, yüklərin və konteynerlərin daşınması, BDT-nin sənədlərinin tətbiq olunması, yeni tədbirlərin həyata keçirilməsi üçün potensialın artırılması, gəmilərə qarşı yönəlmiş
quldurluq və silahlı basqın, dənizlə təhlükəli miqrant keçidi müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirməsi gözlənilir. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Sessiyanın sonunda 2019-cu il üçün sədr və sədr müavinləri seçiləcək.
Fərid
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR









