Quldurluq edən dəstə üzvləri saxlanılıblar

Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilə məlumata görə, sentyabrın 27-də Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə Bakı şəhər sakini V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasının açıq talama yolu ilə alnması, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının alınması barədə müraciətlər daxil olub. Məlumatlarla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Rufullayev olduğu müəyyən edilib. Oktyabrın 7-də Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edən şəxsin onun 142 manatını və mobil telefonunu alması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov olduqları müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Namiq
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












