Quldurluq edən əcnəbinin məhkəməsi başlayır

Bakıda quldurluqda təqsirləndirilən Rusiya vətəndaşı Viktor Çekunovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə hakim İradə Həsənzadənin icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 13-nə təyin edilib. Qeyd edək ki, quldurluq hadisəsi Bakının Nəsimi rayonunda baş verib. Rayon ərazisində Tamerlan Mustafayev naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs T.Mustafayevi kəsici alətlə hədələyərək mobil telefonunu alıb. Daha sonra o, quldurluqla üzləşməsi barədə 22-ci polis şöbəsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı V.Çekunov saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












