Quldurluq edən iki nəfər tutuldu - Binəqədidə

Martın 29-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisində bir nəfərin döyülərək pulunun alınması barədə müraciət daxil olub.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 14 radələrində Bakı şəhər sakini Zakir Mirzəyevin Biləcəri qəsəbəsi ərazisində 2 naməlum şəxs tərəfindən döyülərək 138 manat pulunun alındığı məlum olub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Saleh Muradov və Rəşad Qurbanov olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












