Quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - Sumqayıtda

Sumqayıtda quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, oktyabrın 10-da DİN-in “102 – Zəng Mərkəzi”nə Sumqayıt şəhəri ərazisində quldurluq hadisəsi baş verməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saat 16 radələrində Sahil küçəsində Bakı şəhər sakini Zaur Nəcəfovun idarə etdiyi “Saipa” markalı avtomobilə minən 2 sərnişin Corat qəsəbəsinə gedəcəklərini deyib, qəsəbə ərazisində isə sürücünü hədələyərək avtomobilin saxlanc yerindəki 10 manatı da götürüb gediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər də məhkum olunmuş Azər Abuzərov polis əməkdaşları tərəfindən saxlanılıb. Quldurluqda şübhəli bilinən digər şəxsin tutulması üçün Sumqayıt ŞPİ tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












