Qurbanlıq heyvanların qiyməti neçəyədir? - VİDEO

Paytaxyda artıq qurbanlıq heyvanların satışına başlanılıb. Bayrama iki gün qalmasına baxmayaraq, indidən qurbanlıq heyvan alanlar var. Xırdabuynuzlu heyvanların qiymətləri isə çəkisinə görə dəyişir. 15 kiloqram xalis əti olan qurbanlıq bir quzu ortalama 180 manata başa gəlir. Bəzi ərazilərdə isə qeyri-qanuni olaraq qurbanlıq heyvan satışı ilə məşğul olmaq istəyənlərin qarşısı alınıb. Bu gün səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində bir neçə nəfər yol kənarında qurbanlıq quzuların satışını həyata keçirməyə cəhd edib. Ancaq onların bu cəhdinin qarşısı icra nümayəndələrinin və rayon polis idarəsi əməkdaşları tərəfindən alınıb.
Bu arada Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub.
Qeyd edək ki, ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlanıb.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












