Qusarda meşədə narkotik bitki becərən şəxs saxlanılıb - FOTO

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyulun 4-də Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon Zuxur kəndinin ərazisində olan meşəlik ərazidə həmin kənd sakini İskəndər Sərkərovu iş başında yaxalayıblar. Adı şəkilən şəxs həmin ərazidə xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə - Kannabis bitkilərinə qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürülüb.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, narkotik bitkilərin yaş çəkisinin 1000 qr olması barədə rəy verilib.
Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə insan sıxlığının olmadığından narkotik vasitələri orada əkib-becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
















