Ramil Usubov səfirini qəbul edib - FOTO

Oktyabrın 8-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floresi qəbul edib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qonağı salamlayan nazir Meksikanın respublikamızın müstəqiliiyini tanıyan ilk dövlətlərdən biri olduğunu, son illər ikitərəfli əməkdaşlığın bir sıra sahələrdə genişləndiyini, beynəlxalq arenada qarşlıqlı maraq doğuran bəzi məsələlərin həllində ölkələrimizin biri-birini dəstəklədiyini xatırladıb. Daha sonra general-polkovnik Ramil Usubov müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, gərgin ictimai-siyasi və kriminogen durum, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçiriliən tədbirlər, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin bütün sahələrini əhatə edən islahatlar, həmçinin cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə məlumat verib.
Dövlət başçılarımızın siyasi iradəsinə uyğun olaraq son illər ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığın Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində həyata keçirildiyini səfirin diqqətinə çatdıran daxili işlər naziri DİN-lər arasında birbaşa əlaqələr qurulmasının əhəmiyyətini, bu işdə rəhbərlik etdiyi quruun maraqlı olduğunu, göstərilən istiqamətdə müəyyən addımların atıldığını da diqqətə çatdırıb. Qeyd olunub ki, «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Meksika Birləşmiş Ştatlarının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş» layihəsi işlənib hazırlanıb.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Xuan Rodrigo Labardini Flores ölkəmizdəki dayanıqlı sabinlikdən, əmin-amanlığın nümunəvi qorunmasından məmnunluğunu ifadə edib, təhlükəsizliyin etibarlı təmini baxımından respublikamızın dünyada azsaylı dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Emin
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI











