“Ramin Yeraz” adı ilə tanınan ifaçı həbs edildi - FOTO

Sosial şəbəkələrdə tanış olduğu insanları dələduzluq yolu aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “İnstagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.
“Report”un əldə etdiyi məlumata görə, dələduzluqda şübhəli bilinərək tutulan Ramin İsmayılov sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçıdır. O, özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, youtube, instagram, facebook və digər sosial şəbəkələrdə aktivliyi ilə seçilir. Onun sosial şəbəkələrə yüklədiyi mp3 musiqilərinin əvvəlində, ortasında və axırında “Ramin Yeraz prodakşn təqdim edir” cümləsi səslənir.
Fidan
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















