Ramiz Mehdiyev cinayətində yeni maddə: Onu nə gözləyir?

2025-ci il oktyabrın 14-dən Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada ittiham olunaraq ev dustaqlığına alınan Ramiz Mehdiyevə yeni ittiham verildiyi bildirilir.
Avtosfer.az-ın məlumatına görə, yeni ittiham Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə irəli sürülüb.
311-ci maddə “Rüşvət alma (passiv rüşvətxorluq)” adlanır.
Bu maddənin birinci hissəsinə (311.1-ci maddə) əsasən, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin ikinci hissəsinə (311.2-ci maddə) əsasən, vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin üçüncü hissəsində (311.3) deyilir ki, 311.1 və ya 311.2-ci maddələrdə göstərilən əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən (311.3.1); təkrar törədildikdə (311.3.2); külli miqdarda (yəni beş min manatdan artıq olan məbləğdə) törədildikdə (311.3.3); hədə-qorxu tətbiq olunmaqla törədildikdə (311.3.4) 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ramiz Mehdiyevə ittihamın 311-ci maddənin hansı bəndləri üzrə irəli sürüldüyü hələ açıqlanmayıb. Lakin göründüyü kimi, söhbət minimum 4 il, maksimum isə 12 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılan əməllərdən gedir.
Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;
311.3.2. təkrar törədildikdə;
311.3.3. külli miqdarda törədildikdə;
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə—
səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə, beş min manatdan artıq olan məbləğ başa düşülür.
Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində daha bir neçə nəfər (AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Eldar Əmirov) həbsdədir. Əli Kərimli və Məmməd İbrahim hakimiyyəti zorla ələ keçirmə cəhdində, Eldar Əmirov həmçinin hakimiyyəti zorla ələ keçirmə cəhdinə kömək göstərməkdə təqsirləndirilir. Onların hamısı ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla tutulub, barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri də DTX-nin təqdimatı, Səbail məhkəməsinin qərarı ilə seçilib.
DTX bu iş üzrə baş nazirin sabiq birinci müavini Abbas Abbasova, AXCP funksioneri Fuad Qəhrəmanlıya və jurnalist Qənimət Zahidə də ittiham elan edib. Onların hakimiyyəti zorla ələ keçirmə cəhdində təqsirləndirildiyi, xaricdə istintaqdan gizləndikləri üçün axtarışa verildiyi, barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.
Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. 1965-1974-cü illərdə komsomol təşkilatlarında, 1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub. 1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub. 1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.(medianews)
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA










