Ramiz Mehdiyev həbs edilməsəydi Rusiyaya qaça bilərdi – Politoloqdan ŞOK AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalaq Layihələr Fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar, eləcə də digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır.

Avtosfer.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, birincisi, fond vasitəsilə Moskvanın maraq kəsb etdirdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı, dost olmayan ölkələrdə də nüfuz yaratmağa, orada təsir agentlərini formalaşdırmağa çalışacaq.
“Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyə edəcək. Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyyə etməyə çalışa bilər. Fərmanda həmçinin vurğulanır ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi”.
Politoloq qeyd edir ki, ikincisi məsələ, Vladimir Putinin göstərişi ilə Rusiyanın qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak etməsidir.
“Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Digər tərəfdən Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib və bu vəziyyətdə Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək. Görünür, Rusiya Prezidenti ayıracağı qrantlar vasitəsilə Avrasiya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını artırmağı planlaşdırır.
Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki, Çin müxtəlif ölkələrdə iqtisadi və enerji layihələrinə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın maliyyə imkanları isə buna çatmır. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu bir növ Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək.
Eltac Zülfüqaroğlu
“Four Seasons”un yerində hansı tarixi bina olub? – MEMAR AÇIQLADI - FOTOSESSİYA
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi BƏLLİ OLDU - FOTO
Bakı yolları qardan təmizlənir - FOTOLAR
Aeroport yolu buz bağladı - FOTOLAR
Bakıya ilin ilk qarı yağır - VİDEO
TRIPP layihəsi ilə yeni nəqliyyat dəhlizi yaradacağıq - Prezident
Vəziyyəti nəzarət altına alsaq, o zaman xalqların uğur qazanması mümkündür - İlham Əliyev
"Changan"dan maşın alan vətəndaş 8 gün sonra problemlə üzləşdi: “Pulu qaytarmırlar, problemi həll etmirlər" - VİDEO
Sülh üçün öhdəlik götürülərsə, qısa zaman kəsiyində iki ölkə sülhə nail ola bilir - Prezident İlham Əliyev
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək? - AÇIQLAMA - VİDEO
"Geomaqnit qasırğası müşahidə olunur" - Astrofizika kafedrası











