Ramiz Mehdiyevlə bağlı SENSASİON DETAL – Yaxın günlərdə…

Prezident Administrasiyasının sabiq rəhbəri, illərdir ölkənin siyasi səhnəsində əsas fiqurlardan biri kimi tanınan Ramiz Mehdiyevin ətrafındakı hüquqi halqa daha da daralır. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanan kəskin cinayət işi çərçivəsində sabiq PA rəhbərinə qarşı irəli sürülən ittihamların dairəsi genişləndirilib. Aparılan intensiv istintaq tədbirləri nəticəsində keçmiş "boz kardinal"a bu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci – rüşvət alma maddəsi ilə yeni ittiham elan olunub. İstintaq orqanları yeni ittiham istiqamətində sabiq rəhbərin izahatını alıb və hüquqi prosedurları davam etdirirlər.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində DTX tərəfindən aparılan araşdırmalar zamanı ona əvvəlcə Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ağır ittihamlar irəli sürülmüşdü. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin olaraq ev dustaqlığı qətimkan tədbiri seçilmiş, daha sonra isə məhkəmə instansiyalarının qərarları ilə bu müddət dəfələrlə, o cümlədən 2026-cı ilin iyun ayında daha 5 ay müddətinə uzadılmışdı. Lakin sonuncu dəfə irəli sürülən rüşvət alma ittihamı işin gedişatını kökündən dəyişə biləcək yeni faktör kimi qiymətləndirilir.
Məsələ ilə bağlı ətraflı açıqlama verən tanınmış hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə və mövcud istintaq təcrübəsinə əsasən, şəxsə yeni və daha ağır kateqoriyalı maddələr üzrə ittihamların elan edilməsi onun barəsində seçilmiş qətimkan tədbirinin adekvatlığı məsələsini birbaşa aktuallaşdırır: "İlkin mərhələdə seçilmiş ev dustaqlığı qətimkan tədbiri istintaqın maraqları, təqsirləndirilən şəxsin yaşı, səhhəti və ya digər prosessual amillər nəzərə alınmaqla tətbiq oluna bilər, lakin işə yeni epizodların, xüsusilə də ağır korrupsiya cinayəti hesab olunan rüşvət alma (maddə 311) kimi tərkiblərin əlavə olunması hüquqi müstəvidə vəziyyəti kökündən dəyişir".
O, bildirib ki, dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsinə cəhd kimi ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, külli miqdarda rüşvət alma ittihamının da irəli sürülməsi törədilən əməllərin spektrini genişləndirir və bu, məhkəmənin qətimkan tədbirinin növünün dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılması üçün kifayət qədər ciddi hüquqi əsas yaradır: "Cinayət Prosessual Qanunvericiliyinə görə, əgər təqsirləndirilən şəxsin istintaqdan yayınmaq, sübutları gizlətmək, şahidlərə təsir etmək və ya törətdiyi əməllərin xarakterinə görə cəmiyyət üçün real təhlükə yaratmaq ehtimalı artırsa, həmçinin ittiham olunduğu maddələrin sanksiyaları uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutursa, ibtidai istintaq orqanı istənilən vaxt qətimkan tədbirinin ev dustaqlığından daha sərt növü olan həbsxana təcridxanasına köçürülməsi – yəni həbslə əvəz olunması üçün məhkəməyə təqdimat verə bilər və hakimlər də bu cür ağır epizodlarda əsaslandırılmış qərarlar qəbul etmək səlahiyyətinə malikdirlər"./nocomment.az
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT










