Rayon avtobuslarında qiymət nə qədər artacaq?

Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Avtosfer.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova AzVision.az-a açıqlamasında bildirib ki, yeni tariflə məsafədən asılı olaraq şəhər və rayonlara qiymətlər yenidən hesablanır. “Hazırda daşıyıcılarla görüşlər keçirilir və yeni tariflərlə qiymətlər hesablanır. Məsələn, Zaqatala rayonuna əvvəl 6,69 qəpiyə gedilirdisə, hazırki tariflə bu qiymət 10 manat olacaq. Və ya Tərtər istiqmaətdə əvvəl gediş haqqı 5,20 qəpik idisə, yeni tariflə 7,80 qəpik olacaq. Yeni qiymətlər hazır olan kimi ictimaiyyətə cədvəl açıqlanacaq”.
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












