Region ölkələri Zəngəzur dəhlizinin açılması fürsətini əldən verməməlidir - Ekspert

Zəngəzur dəhlizi təkcə Azərbaycan və ya Türkiyə üçün deyil, bütövlükdə region üçün vacibdir. Bu gün belə mühüm təşəbbüsün həyata keçirilməsi üçün “qızıl imkan” yaranıb ki, bu, şübhəsiz, regionumuzda həm uzunmüddətli sülhün, həm də inkişafın təmin edilməsinə mühüm töhfə olacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərtac”a açıqlamasında Ankarada OSTİM Texniki Universitetində “Müstəmləkə cinayətləri” mövzusunda keçirilən konfransın panel iclaslarından birində vasitəçi qismində çıxış edən Ankaranın Medipol Universitetinin Siyasi elmlər fakültəsinin professoru Qüdrət Bülbül deyib.
Onun sözlərinə görə, nəqliyyat-logistika infrastrukturunun əhəmiyyətindən təkcə dövlət rəsmiləri deyil, ictimaiyyət nümayəndələri, alimlər də danışmalıdırlar.
Q.Bülbül Zəngəzur dəhlizinin gec-tez reallaşacağına əminliyini ifadə edib. “Bütün ölkələr artıq bu gün yeni marşrut amili nəzərə alınmaqla öz siyasətlərini formalaşdırmalıdırlar, çünki Zəngəzur dəhlizinin işləməsinin müsbət təsirini hər yerdə hiss edəcəklər”, - deyən türkiyəli alim vurğulayıb ki, “bölgə üçün belə mühüm şansı əldən vermək olmaz”.

“Otuz il ərzində biz Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi gününü yaxınlaşdırırdıq və bu gün də gəlib çatdı. Əminəm ki, Zəngəzur dəhlizinin açılışına da eyni ümidlə yanaşmaq və hədəfə nail olmaq lazımdır”, - deyə Ankara Universitetinin müəllimi qeyd edib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












