“Reket jurnalistlərə” HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən, millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovaya cəza verilib. Avtosfer.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək R. Qasımovun 7 il, digərlərinin hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Onlar azadlıqda olduqları üçün məhkəmə zalında həbs olunmalarını istəyib. Zərərçəkmiş Şirin Abdullayev heç bir şikayət və tələbini olmadığını, təqsirləndirilən şəxsləri bağışladığını deyib. Vəkillər isə bildirib ki, jurnalistlər Ş. Abdullayevin obyektində əxlaqsızlıq yuvası təşkil etdiyi barədə reportaj hazırlayıb saytda yayımlayıblar. Daha sonra isə qarşı tərəfin pul təklifi ilə yazını saytdan siliblər: "Burada şantaj, hədə-qorxu yoxdur. Heç olmasa dələduzluq maddəsi verə bilərdilər. İstintaq düzgün aparılmadığı üçün bəraət verilməlidir". Məhkəmə kollegiyasının hökmü ilə hər üç şəxsə şərti cəza verilib və həbs edilməyiblər. İttihama görə, onlar Binəqədi rayonunda yerləşən “Qədim Qəbələ” restoranında iş adamı Şirin Abdullayevin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün 3 min manat alan zaman saxlanılıblar. Təqsirləndirilən Rövşən Qasımov əvvəllər Milli Məclisin mətbuat xidmətinin əməkdaşı olub.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












