"Report" 4 yaşını qeyd edir

Bu gün "Report" informasiya agentliyi 4 yaşını qeyd edir. Avtosfer.az xəbər verir ki, “Report-IA” MMC (Report informasiya agentliyi) 2014-cü ildə təsis olunub və əsas veb-resursu olan www.report.az 27.10.2014 tarixdən fəaliyyətə başlayıb.
"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. Həmçinin, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Ötən 4 il ərzində agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən bir çox informasiya resursları, o cümlədən, televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.
Avtosfer.az saytının kollektivi "Report"da çalışan həmkarları təbrik edir, fəaliyyətlərində yeni-yeni uğurlar arzulayır!
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












