Rəqsanə ilə bağlı cinayət işinə xitam verilə bilər? - Vəkilindən AÇIQLAMA

"Zərərçəkən tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev müdafiə etdiyi tərəfin ev dustaqlığına buraxılmasını şərh edərkən deyib.
Vəkil "Zərərçəkən tərəf iddia edir ki, Rəqsanə xanım ev dustaqlığına buraxılması üçün vəkili vasitəsilə onlarla əlaqə saxlayıb. Bu doğrudur?" sualına belə cavab verib:
"Açığı, bununla bağlı məlumatım yoxdur. Sadəcə zərərçəkənlərlə razılıq əldə olundu. Aramızda hər hansı problem qalmayıb. Qarşı tərəfə borc məbləğimiz qalıbsa, bunu ödəyəcəyik. Lakin hazırkı məqamda müdafiə etdiyim tərəfin cinayət işinin maraqları naminə ödənilən məbləğin miqdarını açıqlaya bilməyəcəyəm. Onu qeyd edə bilərəm ki, Rəqsanə xanımın ev dustaqlığı həbsinin qalan hissəsini əhatə edəcək".
Vəkil əlavə edib ki, zərər tam ödənildikdən sonra Rəqsanə İsmayılova ilə bağlı cinayət işinə xitam verilə bilər.
"O, ev dustaqlığı dövründə müğənniyə hər hansısa məhdudiyyət tətbiq olunub?" sualına isə cavab vermək istəmədiyini bildirib.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












