Rəqsanə İsmayılova ev dustaqlığına necə buraxıldı?

Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılmasının detalları məlum olub.
Avtosfer.az Manset.az-a istinadən xəbər verir ki, müğənninin 520 min dollar dələduzluq etdiyi Gündüz Məmmədova dəymiş zərərin bir hissəsi sənətçinin qızı Aysun İsmayılova tərəfindən ödənilib.
Bundan əlavə, Rəqsanə İsmayılovanın və ailəsinin dostluq etdiyi, əslən Şəmkir rayonundan olan və Rusiyada yaşayan iki tanınmış iş adamı da zərərçəkmişə dəymiş zərərin tam şəkildə ödəniləcəyinə dair söz veriblər.
Sonra müğənninin vəkili Hikmət Əliyev tərəfindən Sabunçu Rayon Məhkəməsinə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edilib. Müraciətdə qeyd olunub ki, zərərçəkənlə ilkin razılaşma əldə olunub və qalan məbləğin də tam ödəniləcəyi bildirilib. Həmçinin müğənninin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq ev dustaqlığı tətbiq olunması xahiş edilib.
Ötən gün Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə qərar elan olunub.
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF












