Rəsədxana direktoru: "Günəş yanıb bitdikdən sonra bəşəriyyət məhv olacaq"

Yer kürəsində başlayan geomaqnit qasırğası G1 səviyyəsindədir, Kp indeksi 6 olub. Avtosfer.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib. Onun sözlərinə görə, geomaqnit qasırğasının indeksi maksimum 9 olur: "Bu da orta həyacanlaşma sayılır. İnsanlar, əsasən, qasırğanın gücü G4 səviyyəsində olanda bunun səhhətlərinə mənfi təsirini hiss edirlər. Hazırda Günəşin üzərində alışmalar və ləkələr, demək olar ki, yoxdur. Həyacanlaşmalar var. Amma bizim onu hiss etmirik. Ötən gün geomaqnit qasırğası orta səviyyədə olub. Xəstə insanlarln halsızlıq, baş ağrıları, təzyiq hiss etmələri mümkündür. Oktyarın 9-na kimi sakitlik müşahidə olunacaq”. Namiq Cəlilov bildirib ki, günəş yanıb bitdikdən sonra bəşəriyyət məhv olacaq: "Yer Günəş sisteminə daxil olan planetlərdən biridir. Hər şey Günəşdən gələn enerjiyə bağlıdır. Günəş və sisteminin yaşı hazırda dörd milyard ilə yaxındır. Təqribən yarısı yaşanıb. Günəş yanır. Proses bitdikdə bütün planetlər Günəşin üzərinə töküləcək. Bu zaman həyat, o cümlədən bütün planetlər yoxa çıxacaq. Buna milyard illər lazımdır. Çünki çox zəif prosesdir”. Qeyd edək ki, Günəşdə baş verən partlayışın Yerə təsiri sonuncu dəfə 2003-cü ildə hiss olunub. Həmin il X23 alışması aktivliyin maksimum fazasında baş verib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












