"Rəşt-Astara dəmir yolu boyunca 100 km-dən çox məsafədə torpaq sahələri alınıb" - Pezeşkian

İran hökuməti Rəşt-Astara yolunun 160 kilometrlik hissəsindən 100 km-dən çox məsafədə torpaq sahələri alıb və bu prosesi 2026-cı ilin mart ayına qədər başa çatdırmağa ümid edir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Aşqabadda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə bildirib. "Astara-Rəşt marşrutuna gəlincə, artıq 100 km məsafədə torpaq sahəsi almışıq. Bu, hətta 110 km də ola bilər və ilin sonuna qədər hər şeyi tamamlayacağıq (söhbət günəş təqvimi üzrə martda başa çatan ildən gedir)", - o deyib. Daha əvvəl "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri "Report"a açıqlamasında Rəşt-Astara dəmir yolunda tikinti işlərinin Novruz bayramından sonra başlayacağını bildirmişdi. Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi haqqında saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə və tikinti işlərini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.
Bakıda 11 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur - YENİLƏNİB - SİYAHI - FOTO
Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA
İyulda suda boğulma və günvurma halları artıb – RƏSMİ STATİSTİKA
Orta Dəhlizdə yeni layihə: Azərbaycanın mövqeyi daha da möhkəmlənir
Jurnalist-ekspert SSRİ bayrağı ilə yürüşə görə həbs edildi - FOTO
On il əvvəl Ərdoğana edilən sui-qəsd cəhdi ilə bağlı daha bir nəfər yaxalanıb
Paşinyan yenidən Ermənistanın baş naziri oldu - YENİLƏNİB - VİDEO
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Gedişhaqqı artırılır? – YENİ QƏRAR QƏBUL EDİLDİ
Bakıda binanın altından metroya keçid inşa edilir? - VİDEO
Notarius məhkəmə zalında QANDALLANDI










