Rəşt-Astara dəmir yolunun tikintisində bir sıra irəliləyişlərə nail olunub - EKSPERT

İranda daxili gərginliyə baxmayaraq, Rəşt-Astara dəmir yolunun tikintisi davam edir və bir sıra irəliləyişlərə nail olunub. İran üçün böyük iqtisadi əhəmiyyət daşıyan bu dəmir yolunun tikintisinin tezliklə başa çatmasında Rusiya da maraqlıdır.
Avtosfer.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq iqtisadi əlaqələr üzrə ekspert Nəvid Danəşvər deyib.
O bildirib ki, dəmir yolunun keçəcəyi torpaq sahələrinin əhalidən razılaşaraq alınması prosesi davam edir.
“Hazırda 100 kilometr ərazi alınıb və reyslər tikinti məntəqəsinə çatdırılıb. Bu ilin sonuna kimi (İran ili martın 21-də başa çatır) əhaliyə kompensasiya ödənilərək torpaq sahələri dəmir yolu tikintisi üçün ayrılacaq. 160 kilometrlik Rəşt-Astara dəmir yolu xətti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (ŞCBND) əsas seqmentini təşkil edir. Ukraynadakı hərbi əməliyyatlara görə sanksiyalara məruz qalan Rusiyanın yolun çəkilişinə 1,6 milyard avro vəsait ayırması da onu deməyə əsas verir ki, ŞCBND-in qərb istiqaməti rəsmi Moskva üçün olduqca böyük əhəmiyyət daşıyır”, - deyə Nəvid Danəşvər vurğulayıb.
Ekspertin sözlərinə görə, tranzit ölkə olaraq Azərbaycan özünün infrastrukturunu hazır vəziyyətə gətirib ki, bu da Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara buraxılmasını tezləşdirib: “İran həm tranzit ölkə kimi, həm də Cənubi Qafqaz, Rusiya, Şərqi Avropa və Baltikyanı ölkələrlə ticarət əlaqələrini artırmaq imkanı əldə edəcək. Eyni zamanda İran bu regionların Körfəz ölkələri ilə nəqliyyat əlaqəsini yaradacaq”.
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












