Riqa-Bakı aviareysi baş tutub

Ötən gecə Riqadan (Latviya) Bakıya uçarkən mühərrikində yaranmış problem səbəbindən geri qayıtmış “AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi, təqribən, 6 saatlıq gecikmədən sonra Azərbaycan paytaxtına çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, təyyarə, təxminən, yarım saat bundan əvvəl Azərbaycana paytaxtında yerə enib. Xatırladaq ki, təyyarə Bakı vaxtı ilə ötən gün 23:15-də Riqa beynəlxalq hava limanından havaya qalxıb. Hava gəmisi təqribən 300-400 km uçduqdan sonra saat 00:30-da geri qayıdıb. Təyyarənin sərnişinləri Riqa aeroportunun gözləmə zalına yerləşdirilib. Onlara isti şal, qida və su verilib. Bundan sonra "BT732" saylı aviareysin vaxtı dəyişdirilib. Yenidən uçuş Bakı vaxtı ilə bu gün saat 05:00-da baş tutub və 3 saatdan bir qədər çox davam edib.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












