Riqadan Bakıya uçan təyyarə geri qayıdıb - FOTO

Riqadan Bakıya uçan "AirBaltic" aviaşirkətinə məxsus sərnişin təyyarəsi yarı yoldan geri qayıdıb. Avtosfer.az xəbər verir ki, sərnişinlərin “Report”a verdiyi məlumata görə, Bakı vaxtı ilə 23:15-də Riqa beynəlxalq aeroportundan havaya qalxan təyyarə təqribən 300-400 km uçduqdan sonra 00:30-da geri qayıdıb. Faktı Riqa beynəlxalq aeroportundan təsdiq ediblər. Məlumata görə, hava gəmisinin mühərrikində problem yaranıb. Geri qayıdan təyyarənin sərnişinləri Riqa beynəlxalq hava limanının gözləmə zalına yerləşdirilib. Onlara isti şal, qida və su verilib. Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a bildirilib ki, "BT732" saylı reysin vaxtı dəyişdirilib. Yeni uçuş cədvəlinə görə, təyyarə Bakı vaxtı ilə səhər saat 5-də havaya qalxacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO















