Ronaldo Trampı 4, Roma Papasını 30 dəfə qabaqladı

Dünya futbolunun ən məşhur futbolçularından biri olan Kriştiano Ronaldo sosial medianın da ən populiyar simasıdır. Avtosfer.az fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz həm ümumi, həm də futbolçular siyahısında birinci pilləni tutur. Ronaldo ümumi siyahıda ABŞ-ın hazırkı prezidenti Donald Tramp və sabiq dövlət başçısı Barak Obamanı, futbolçular siyahısında isə Neymar, Lionel Messi, Xames Rodriges, Qaret Beyl kimi ulduzları geridə qoyub. "Yuventus"un futbolçusunun "Facebook"da 123 milyon, "Instagram"da 145 milyon, "Twitter"də 75 milyon izləyicisi var. Ronaldo yalnız "Twitter"də Castin Biber və Taylor Svift kimi məşhurlardan geri qalır. Ümumilikdə, 340 milyon izləyicisi olan Ronaldo ümumi siyahıda Castin Biber (284 milyon), Taylor Svift (268 milyon), Barak Obama (176 milyon) və Donald Trampı (90 milyon) qabaqlayır. Futbolçular siyahısında isə Neymar (205 milyon), Lionel Messi (189 milyon), Xames Rodriges (91 milyon) və Qaret Beyl (83 milyon) ondan geri qalır. Ronaldonun sosial mediada geridə qoyduğu önəmli simalardan biri də Roma Papası Franceskodu. "Facebook"da hesabı olmayan Papanın "Instagram"da 6 milyon, "Twitter"də 5 milyon izləyicisi var. Ronaldo ondan təxminən 30 dəfə artıq izləyici kütləsinə sahibdi.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












