"Roskosmos" qəzadan sonra kosmosa daha bir daşıyıcı raket göndərəcək

Oktyabrın 11-də içərisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) ekipajı olan "Soyuz MS-10" daşıyıcı raketinin qəzaya uğramasından sonra "Roskosmos" dekabrın 3-də kosmosa yeni ekipaj göndərməyi qərara alıb. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, dekabrın 3-də Qazaxıstandakı "Baykonur" kosmodromundan BKS-yə göndəriləcək raketin texniki vəziyyəti, xüsusən verici cihazı yoxlanılır. Məlumdur ki, oktyabrda baş vermiş və 1983-cü ildən bəri Rusiyada ən ciddi raket qəzası sayılan bundan əvvəlki missiyanın uğursuzluğu məhz verici cihazda olan nasazlıqla əlaqəli idi. "Roskosmos"un pilot proqramının icraçı direktoru Sergey Krikalyov bildirib ki, BKS-i uzun müddət pilotsuz rejimdə qoymamaq üçün raketin dekabrın sonuna nəzərdə tutulan buraxılışı dekabrın 3-də həyata keçiriləcək və həmin ayın 20-də stansiyada növbəsi başa çatan ekipajın Yerə qayıtması planlaşdırılır. Hazırda stansiyada üç kosmonavt - rusiyalı Sergey Prokopyev, amerikan və avropalı astronavtlar Serena Aunyon və Aleksander Gerst fəaliyyət göstərirlər. Onları növbəti ekipaj üzvləri - Oleq Kononenko ("Roskomos"), Enn Makkleyn (NASA) və David Sen-Jak (Kanada Kosmik Agentliyi) əvəz edəcəklər.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












