Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlər Rusiyaya etdiyi intensiv səfərlər və Kremlin rəhbəri Vladimir Putinlə keçirdiyi görüşlər siyasi müstəvidə müxtəlif müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğluun fikrincə, bu təmasların əsas məqsədi Ermənistanda qarşıdan gələn parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini minimuma endirməkdir. Onun sözlərinə görə, rəsmi İrəvan hesab edir ki, Kreml Paşinyanın seçkilərdə mövqelərini zəiflətmək üçün radikal müxalif qüvvələrə maliyyə və siyasi dəstək verə bilər.

Ekspert bildirir ki, Paşinyan hakimiyyəti eyni zamanda seçkiqabağı dövrdə Ermənistan hökumətinə qarşı kiberhücumların təşkil oluna biləcəyi ehtimalını da nəzərdən keçirir. Bu baxımdan baş nazirin Moskva ilə təmasları mümkün risklərin qarşısını almağa hesablanmış addım kimi qiymətləndirilir.
Politoloqun qənaətinə görə, Paşinyanın Rusiyaya növbəti səfərində əsas məqsədlərdən biri də Kremlin mövqeyini yumşaltmağa çalışmaqdır. Lakin o qeyd edir ki, Rusiya tərəfi Ermənistanla bağlı planlarından geri çəkilmək üçün İrəvandan öz regional maraqlarını nəzərə almasını tələb edə bilər. Bu isə tərəflər arasında müəyyən ziddiyyətlərin qalmaqda davam etdiyini göstərir.
Elxan Şahinoğlu hesab edir ki, Paşinyan Kremlin əsas tələblərini tam şəkildə qəbul etməyəcəyi təqdirdə, Moskva da seçkiqabağı təsir imkanlarından imtina etməyəcək. Bununla yanaşı, baş nazirin Rusiya prezidentinə Ermənistan daxilində real siyasi vəziyyəti izah edərək, zəif mövqedə olan müxalifəti dəstəkləməkdənsə, mövcud hakimiyyətlə əməkdaşlığın daha məqsədəuyğun olduğunu çatdırmağa çalışacağı ehtimal edilir.
Beləliklə, ekspertin fikrincə, qarşıdakı dövrdə Moskva–İrəvan münasibətləri və bu münasibətlərin Ermənistanın daxili siyasi proseslərinə təsiri əsas diqqət mərkəzində olacaq
.Eltac Zülfüqaroğlu
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












