Rusiya hökuməti aşağı keyfiyyətli yanacaq istehsalına icazə verdi – BİZƏ TƏSİRİ

Rusiya hökuməti bəzi neftayırma zavodlarına istehsal zamanı standardan kənara çıxmağa icvazə verib.
Avtosfer.az xəbər verir ki, federasiyada qüvvədə olan normalara görə istehsal olunan benzin və dizel yanacağı Avro-5 standartlarına cavab verməlidir. Yeni qərarla bəzi zavodlara Avro-3 standartı ilə istehsala icazə verilib.
Bu reqressiyanın səbəbi isə sanksiyalar və Ukrayna ordusunun zərbələridir. Ölkənin dərinliklərindəki neftayırma zavodları Ukrayna ordusunun hədəfinə çevrilir. Neftayırma zavodlarında əsaslı təmir detal çatışmazlığı üzündən bəzən aylarla davam edir. Ən əsası isə, sanksiyalardan sonra Avro-5 yanacaq istehsalı üçün lazım olan aşqarları idxal etmək çətinləşib. “Boz sxemlə” idxal həm bahadır, həm də uzun çəkir.
Avro-3 standartı ilə istehsal edilən benzinin tərkibində kükürd birləşmələri, aromatik karbohidrogenlər və oktanyüksəldici qatqılar daha çox olur. Ekspertlər bildirirlər ki, bu yanacağın 2010-cu ilədək istehsal edilmiş avtomobillər üçün heç bir təhlükəsi yoxdur. Lakin müasir maşınlarda qısa vaxtda ciddi problemlər yarana bilər. Kükürd və hisin çox olması katalizatorlar üçün ciddi yükdür.
Azərbaycandan Rusiyaya yükdaşımaların qızğın vaxtında bu hal bizim avtomobillərimizə də təsir edə bilər. Şübhəsiz ki, şimal qonşumuza yük daşıyan sürücülər ən keyfiyyətsiz yanacağın binayi-qədimdən elə Şimali Qafqazda olduğundan xəbərdardırlar.
Müharibəyə görə Rusiyada neftayırma zavodları ilk növbədə ordunun ehtiyaclarını təmin etməyə yönəlib. Bu səbəbdən regionlarda vaxtaşırı yanacaq qıtlığı yaranır.
NATO sistemindən fərqli olaraq Rusiya ordusu həm də benzindən istifadə edir. Ağır texnika dizel yanacağı tələb etsə də, bu gün dünyanın ikinci ordusunda yüksək benzin sərfiyyatlı QAZ, PAZ, ZİL və UAZ markalı çox sayda avtomobil istismardadır.
Vüqar
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












