Rusiya ilə Ermənistanı əlaqələndirən yolun bir hissəsi bağlanıb

Hərbi Gürcüstan yolunun cənub hissəsi - Vladiqafqazla Lars arasındakı ərazi tamamilə bağlanıb. "Report" "Moskovskiy komsomoleç"ə istinadən xəbər verir ki, yolda məhdudiyyət Rusiyanın Fövqəladə Hallar Nazirliyi tərəfindən Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar tətbiq edilib. Bildirilir ki, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsiylə əlaqədar, nəqliyyat vasitələrinin təhlükəsiz gedişinin təminatının qeyri-mümkünlüyü, həmçinin Gürcüstanın sərhəd polisinin tövsiyəsinə uyğun olaraq Vladiqafqaz - Lars yaşayış məntəqəsi istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti martın 24-də, saat 23:15-dən xüsusi icazəyə qədər dayandırılıb.
Bu istiqamətdə səfərlərdən çəkinmək tövsiyə edilib. Qeyd edək ki, həmin yol Rusiya ilə Ermənistanı əlaqələndirir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












