Rusiya, İran və Azərbaycan Rəşt-Astara dəmir yolu xətti üzrə üçtərəfli görüş keçirəcək

Rusiya, İran və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirlikləri və gömrük xidmətlərinin rəhbərləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin gedişatını müzakirə etmək üçün yaxın vaxtlarda görüş keçirəcəklər.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu İranın Moskvadakı səfiri Kazem Cəlali jurnalistlərə açıqlamasında bildirib.
“Yaxın vaxtlarda İran, Rusiya və Azərbaycanın xarici işlər, nəqliyyat, energetika nazirləri və gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyi planlaşdırırıq”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi ilə bağlı müqavilənin 2025-ci ilin martına qədər imzalanması planlaşdırılır.
Qeyd edək ki, 2023-cü ilin mayında Rusiya və İran Rəşt-Astara dəmir yolunun 162 kilometrlik hissəsinin tikintisi haqqında saziş bağlayıblar. Bu infrastrukturun tamamlanması Sankt-Peterburqdan Fars körfəzindəki Bəndər-Abbas limanına qədər fasiləsiz dəmir yolu əlaqəsi yaradacaq. Tikinti işlərinin 2027-2028-ci illərdə başa çatması nəzərdə tutulur.
“Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında formalaşdırılıb. Dəhlizin əsas məqsədi Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya yükdaşımaların müddətini azaltmaqdır. Hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması 6 həftədən artıq vaxt alırsa, “Şimal-Cənub” dəhlizinin tam fəaliyyətə başlaması ilə bu müddətin iki dəfə azalacağı proqnozlaşdırılır.
Hesablamalara görə, dəhlizin yükdaşıma potensialı 2030-cu ilə qədər 14,6 milyon tondan 24,7 milyon tona qədər artacaq ki, bu da Azərbaycanın regionun əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












