Rusiya “Palmali”nin 58 gəmisini əlindən alır

Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali” MMC şirkətinin müflis elan edilməsinə dair qərarı qüvvədə saxlayıb. Avtosfer.az interpress.az-a istinadən xəbər verir ki, qərarın təsdiqlənməsi nəticəsində şirkətə məxsus olan 58 gəmi hərrac yolu ilə satılacaq. Əldə ediləcək vəsait isə “Sberbank”a ödəniləcək. “Palmali” MMC-nin “Sberbank”a 210 milyon dollar ödənilməmiş kredit borcu var və bank şirkətin müflis elan edilməsi tələbi ilə ötən il məhkəmə iddiası qaldırmışdı. “Palmali” MMC-nin səhmləri azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Denizçilik” şirkətinə məxsusdur. Şirkətin icraçı direktoru Aleksey Mixeleyev məhkəmənin qərarını şərh etməkdən imtina edib. “Palmali Denizçilik” Türkiyə şirkəti isə müflisləşmə qərarının onlara dəxli olmadığını, ancaq “Palmali” MMC-yə aid olduğunu bildirib. Holdinqdən yayılan açıqlamada bildirilir ki, “Palmali”nin 21 ölkədə şöbəsi var və Rostovdakı şirkətin müflis olması onların fəaliyyətinə təsir etməyəcək. “Bütün əməliyyat mərkəzlərimizin 2019-cu il yanvarın 1-dən etibarən Türkiyədə tək çətir alında cəmləşdirilməsi qərarı verilib. Gəmilərimiz bütün limanlara Türkiyə bayraqları ilə girəcək. Önümüzdəki mərhələdə Türkiyə ilə böyüyəcəyimizə inanırıq”, - açıqlamada deyilir. “Palmali” MMC-nin aktivlərinin ümumi dəyəri cəmi 419 milyon rubl qiymətləndirilib. Bu haqda şirkətə təyin edilmiş müvəqqəti idarəçinin hesabatında göstərilir. Sənəd Rusiyanın müflisləşmə barədə vahid federal reyestrində yerləşdirilib. İnventarlaşdırmaya əsasən şirkətin gəmiləri və daşınmaz əmlakı daxil olmaqla bütün aktivləri hesaba alınıb. Beləliklə, həmin aktivlərin satışından əldə olunan vəsait təkcə “Sberbank”a olan borcun cəmi 7,5 milyon dollarını ödəməyə bəs edərdi.
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR








